AZ | EN | RU

Tariximiz

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC 2016-cı ildən fəaliyyət göstərir. Şirkətimiz qısa zaman ərzində bir çox dövlət və özəl layihələr həyata keçirərək ciddi şirkətlərlə əməkdaşlığa nail olmuşdur. Təcrübəli və peşəkar mühəndislərimizin, o cümlədən gənc və dinamik işçi heyətinin bilik və bacarıqları sayəsində istənilən böyüklükdə olan elektrik quraşdırma layihələrinin öhdəsindən asanlıqla gəlirik.

Müştəri məmnuniyyətinin prioritet olduğunu bilirik və üzərimizə götürdüyümüz layihənin məsuliyyətini dərk edərək layohənin vaxtında, xətasız və müştərini məmnun edəcək səviyyədə icra edirik.

Məqsədimiz elektrikquraşdırma sahəsində dünyada mövcud olan texnologiya və metodları Azərbaycanda tətbiq etmək və müştərilərə kompleks xidmətlər təklif etməkdir. Məhz bu səbəbə görə, komandamız mütəmadi olaraq təlim və treyninqlərdə iştirak edərək müasir mühəndislik və inşaat texnologiyaları haqqında biliklərini yeniləyir.

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC layihənin əvvəlindən sonuna qədər lazım olan bütün işlərin həyata keçirilməsi xidmətini təqdim edir. Hər bir layihəyə öz işimiz kimi yanaşaraq, müştəri ilə birlikdə komanda şəklində hərəkət edirik.

Layihələrin vaxtında təhvil-təslim prosesinə, eyni zamanda mümkün olan ən yüksək keyfiyyətinə həssaslıqla yanaşırıq. Bizim üçün ətraf mühitin mühafizəsi və işçi heyətinin təhlükəsizliyi vacib olduğu qədər də əhəmiyyətlidir. Ətraf mühitin mühafizəsinə və Beynəlxalq Ekoloji İdarəetmə Standartının tələblərinə riayyət etməklə yanaşı, bütün tərəfdaşlarımızdan da bu tələblərə riayət etməsini tələb edirik.

Metal Konstruksiyaların istehsalına texniki nəzarət şöbəsi nəzarət edir. Şöbə hər bir metal məmulatının keyfiyyətinə görə rəhbərlik qarşısında cavabdehlik daşıyır. Tapşırıqların yerinə yetirilməsinə nəzarət istehsalın hər bir mərhələsində və istehsal dövrünün hər bir bölməsinin girişində və çıxışında həyata keçirilir. Nəticədə, metal konstruksiyaların və ya hər bir fərdi məhsulun istehsalı prosesi ulturasəsdən istifadə edilərək strukturunun qaynaqları və birləşmələrinin hərtərəfli nəzarəti ilə başa çatır.

Şirkətə məxsus 26 ədəd avtomobil və icrarə müqavilələri əsasında anbarlar vardır. Kollektivdə hazırda 135 nəfər işçi çalışır. Şirkət fəaliyyət göstərdiyi son 6 il ərzində elektrik quraşdırma və təmir tikinti işləri gördüyü sahələrdə bir çox uğurlu layihələr icra etmişdir. Şirkət təcrübəli və peşəkar mühəndislərin, o cümlədən gənc və dinamik işçi heyətinin bilik və bacarıqları sayəsində istənilən böyüklükdə olan elektrik quraşdırma layihələrinin öhdəsindən asalıqla gəlir.

Əsas fəaliyyət sahəsi elektrik təchizatı, transformatorların, elektrik panellərin quraşdırılması, binalarda elektrik quraşdırma və sazlama işləri, elektrik dirəkləri və işıqlandırma sistemləri, elektrik kabel xətlərinin quraşdırılması, təchizatı və s. ibarətdir.

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti ” MMC eyni zamanda dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edərək, işğaldan azad olnmuş rayonlarda, abadlaşdırma və geniş şəhərsalma layihələrində uğurla iştirak edir. Görülən işin etibarlılığını və keyfiyyətini, həmçinin istehsal prosesinin təyin edilmiş tələb və normalara cavab verdiyini təsdiq etmək üçün şirkət İSO 9001, 14001 və 45001 sertifikatlarını almış və mütəmadi olaraq keçirilən yoxlamaları uğurla keçərək müsbət rəy almışdır.

Korporativ Dəyərlərimiz

Məqsədimiz

Qısa və uzun müddətli strategiyamıza əməl edərək, Azərbaycanda inşaat və elektrik quraşdırma sahəsində öndə gedən şirkətlərdən biri olmaq və şirkəti daima inkişaf etdirərək Azərbaycan sərhədlərindən kənara çıxmaq.