ELEKTRİK QURAŞDIRMA VƏ TƏMİR TİKİNTİ XİDMƏTLƏRİ

VOLTAJ Elektrik Quraşdırma və Təmir Tikinti MMC bir çox özəl və dövlət əhəmiyyətli müqavilələrin bağlanmasına və işlərin görülməsinə uğurla nail olmuşdur.

Haqqımızda

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarış qeydiyyatı üzrə 05.09.2016 qeydiyyata alınmışdır. Cəmiyyət Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyinin “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri”nə icazəsi əsasında fəaliyyətini həyata keçirir.

Fəaliyyət sahəmiz

VOLTAJ Elektrik Quraşdırma və Təmir Tikinti MMC fəaliyyət göstərdiyi illər ərzində bir çox özəl və dövlət əhəmiyyətli müqavilələrin bağlanmasına və işlərin görülməsinə uğurla nail olmuşdur. Şirkətimizin əsas fəaliyyəti elektrik təchizatı, transformatorların quraşdırılması, elektrik panellərin təchizatı və quraşdırılması, binalarda elektrik quraşdırma və sazlama işləri, elektrik dirəkləri və işıqlandırma sistemləri, elektrik kabel xəttlərinin quraşdrılması, təchizatı və s. ibarətdir.

Layihələndirmə və Konsaltinq

Təcrübəli. peşəkar və işini sevən mühəndislərimiz tərəfindən istənilən layihənin araşdırılması, analiz edilərək dizayn olunması, eskizlərin hazırlanması və s. layihələndirmə xidmətləri.

Təchizat və Quraşdırma Xidməti

Dövlət və özəl müəsissələrin elektrik təminatı üçün yüksək və alçaq gərginlikli hava xətlərinin, elektrik verilişi xətləri və yarımstansiyaların tikinti-quraşdırma xidmətləri.

İllik Texniki Dəstək Xidməti

İşıqlandırma, yüksək və alçaq gərginlik, mexanika işləri, transfarmator, elektrik panelləri, kabel çəkilişi və s. işlər üzrə peşəkar komanda tərəfindən icra olunan texniki dəstək xidmətləri.

Tərəfdaşlar

Ətraf mühitin mühafizəsinə həssaslıqla yanaşaraq, Beynəlxalq Ekoloji İdarəetmə Standartının tələblərinə riayət olunmasını prioritet hesab edirik və bütün tərəfdaşlarımızdan da bu tələblərə riayət etməsini tələb edirik.

İcra etdiyimiz layihələr

Müştəri məmnuniyyətinin prioritet olduğunu bilirik və üzərimizə götürdüyümüz layihənin məsuliyyətini dərk edərək, layihəni vaxtında, xətasız və müştərini məmnun edəcək səviyyədə icra edirik.