“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC 2016-cı ildən fəaliyyət göstərir. Şirkətimiz qısa zaman ərzində bir çox dövlət və özəl layihələr həyata keçirərək ciddi şirkətlərlə əməkdaşlığa nail olmuşdur. Təcrübəli və peşəkar mühəndislərimizin, o cümlədən gənc və dinamik işçi heyətinin bilik və bacarıqları sayəsində istənilən böyüklükdə olan elektrik quraşdırma layihələrinin öhdəsindən asanlıqla gəlirik.
Müştəri məmnuniyyətinin prioritet olduğunu bilirik və üzərimizə götürdüyümüz layihənin məsuliyyətini dərk edərək layohənin vaxtında, xətasız və müştərini məmnun edəcək səviyyədə icra edirik.
Məqsədimiz elektrikquraşdırma sahəsində dünyada mövcud olan texnologiya və metodları Azərbaycanda tətbiq etmək və müştərilərə kompleks xidmətlər təklif etməkdir. Məhz bu səbəbə görə, komandamız mütəmadi olaraq təlim və treyninqlərdə iştirak edərək müasir mühəndislik və inşaat texnologiyaları haqqında biliklərini yeniləyir.
“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC layihənin əvvəlindən sonuna qədər lazım olan bütün işlərin həyata keçirilməsi xidmətini təqdim edir. Hər bir layihəyə öz işimiz kimi yanaşaraq, müştəri ilə birlikdə komanda şəklində hərəkət edirik.
Layihələrin vaxtında təhvil-təslim prosesinə, eyni zamanda mümkün olan ən yüksək keyfiyyətinə həssaslıqla yanaşırıq. Bizim üçün ətraf mühitin mühafizəsi və işçi heyətinin təhlükəsizliyi vacib olduğu qədər də əhəmiyyətlidir. Ətraf mühitin mühafizəsinə və Beynəlxalq Ekoloji İdarəetmə Standartının tələblərinə riayyət etməklə yanaşı, bütün tərəfdaşlarımızdan da bu tələblərə riayət etməsini tələb edirik.