Haqqımızda

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC 2016-cı ildən fəaliyyət göstərir. Şirkətimiz qısa zaman ərzində bir çox dövlət və özəl layihələr həyata keçirərək ciddi şirkətlərlə əməkdaşlığa nail olmuşdur. Təcrübəli və peşəkar mühəndislərimizin, o cümlədən gənc və dinamik işçi heyətinin bilik və bacarıqları sayəsində istənilən böyüklükdə olan elektrik quraşdırma layihələrinin öhdəsindən asanlıqla gəlirik.

Müştəri məmnuniyyətinin prioritet olduğunu bilirik və üzərimizə götürdüyümüz layihənin məsuliyyətini dərk edərək layohənin vaxtında, xətasız və müştərini məmnun edəcək səviyyədə icra edirik.

Məqsədimiz elektrikquraşdırma sahəsində dünyada mövcud olan texnologiya və metodları Azərbaycanda tətbiq etmək və müştərilərə kompleks xidmətlər təklif etməkdir. Məhz bu səbəbə görə, komandamız mütəmadi olaraq təlim və treyninqlərdə iştirak edərək müasir mühəndislik və inşaat texnologiyaları haqqında biliklərini yeniləyir.

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC layihənin əvvəlindən sonuna qədər lazım olan bütün işlərin həyata keçirilməsi xidmətini təqdim edir. Hər bir layihəyə öz işimiz kimi yanaşaraq, müştəri ilə birlikdə komanda şəklində hərəkət edirik.

Layihələrin vaxtında təhvil-təslim prosesinə, eyni zamanda mümkün olan ən yüksək keyfiyyətinə həssaslıqla yanaşırıq. Bizim üçün ətraf mühitin mühafizəsi və işçi heyətinin təhlükəsizliyi vacib olduğu qədər də əhəmiyyətlidir. Ətraf mühitin mühafizəsinə və Beynəlxalq Ekoloji İdarəetmə Standartının tələblərinə riayyət etməklə yanaşı, bütün tərəfdaşlarımızdan da bu tələblərə riayət etməsini tələb edirik.

Metal Konstruksiyaların istehsalına texniki nəzarət şöbəsi nəzarət edir. Şöbə hər bir metal məmulatının keyfiyyətinə görə rəhbərlik qarşısında cavabdehlik daşıyır. Tapşırıqların yerinə yetirilməsinə nəzarət istehsalın hər bir mərhələsində və istehsal dövrünün hər bir bölməsinin girişində və çıxışında həyata keçirilir. Nəticədə, metal konstruksiyaların və ya hər bir fərdi məhsulun istehsalı prosesi ulturasəsdən istifadə edilərək strukturunun qaynaqları və birləşmələrinin hərtərəfli nəzarəti ilə başa çatır.

Şirkətə məxsus 26 ədəd avtomobil və icrarə müqavilələri əsasında anbarlar vardır. Kollektivdə hazırda 135 nəfər işçi çalışır. Şirkət fəaliyyət göstərdiyi son 6 il ərzində elektrik quraşdırma və təmir tikinti işləri gördüyü sahələrdə bir çox uğurlu layihələr icra etmişdir. Şirkət təcrübəli və peşəkar mühəndislərin, o cümlədən gənc və dinamik işçi heyətinin bilik və bacarıqları sayəsində istənilən böyüklükdə olan elektrik quraşdırma layihələrinin öhdəsindən asalıqla gəlir.

Əsas fəaliyyət sahəsi elektrik təchizatı, transformatorların, elektrik panellərin quraşdırılması, binalarda elektrik quraşdırma və sazlama işləri, elektrik dirəkləri və işıqlandırma sistemləri, elektrik kabel xətlərinin quraşdırılması, təchizatı və s. ibarətdir.

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti ” MMC eyni zamanda dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edərək, işğaldan azad olnmuş rayonlarda, abadlaşdırma və geniş şəhərsalma layihələrində uğurla iştirak edir. Görülən işin etibarlılığını və keyfiyyətini, həmçinin istehsal prosesinin təyin edilmiş tələb və normalara cavab verdiyini təsdiq etmək üçün şirkət İSO 9001, 14001 və 45001 sertifikatlarını almış və mütəmadi olaraq keçirilən yoxlamaları uğurla keçərək müsbət rəy almışdır.

Korporativ Dəyərlərimiz

Məqsədimiz

Qısa və uzun müddətli strategiyamıza əməl edərək, Azərbaycanda inşaat və elektrik quraşdırma sahəsində öndə gedən şirkətlərdən biri olmaq və şirkəti daima inkişaf etdirərək Azərbaycan sərhədlərindən kənara çıxmaq.

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC müştərilərinə hansı xidmətləri göstərir? 

Elektrik quraşdırma işləri ilə yanaşı, müasir tipli elektrik işıqlandırma dirəklərinin və konstruksiyaların istehsalı kimi fəaliyyət sahəmiz var.

Şirkətin hazırda hansı istehsal sahələri var və yeni istehsal sahələri yaratmağı nəzərdə tuturmu? 

Qeyd etdiyim kimi, biz hazırda müasir tipli elektrik işıqlandırma dirəkləri və konstruksiyalar istehsal edirik. Yeni istehsal sahəsi kimi park-bağça (çöl və məkan) və həyət idman alətlərinin istehsalı, üfüqi və şaquli bağ-bağça ləvazimatlarının plastik materialdan istehsalı, 35-110-220 kVt-luq anker dayaqlarının istehsalı və isti qalvaniz sexinin qurulması nəzərdə tutulub.

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC Bakı şəhərinin abadlaşdırılmasına da öz töhfəsini vermişdir. Şirkət paytaxt ərazisində hansı layihələr icra edib? Ümumiyyətlə, şirkət indiyədək Bakıda və digər ərazilərdə hansı mühüm əhəmiyyət kəsb edən dövlət və özəl layihələrin icrasında iştirak edib?

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC Bakı şəhərinin abadlaşmasına töhfə kimi 2020-ci ildən başlayaraq, “Bakı Abadlıq Xidmət” MMC ilə müqavilələr bağlayıb, Bakı şəhərinin qəsəbələrində ümumi uzunluğu 100 km-dən yuxarı olan küçələrdə işıqlandırma dirəklərinin quraşdırılması işləri görərək sifarişçiyə təhvil verib. İşlərin davamı olaraq 2023-cü ildə də “Bakı Abadlıq Xidməti” MMC ilə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, ətraf kənd və qəsəbələri, Abşeron rayonu və Mingəçevir şəhərinin küçə işıqlandırma və onun elektrik təchizatı ilə əlaqədar işıq dirəklərinin təchizatı və quraşdırılması” işlərini görüb. Cəmiyyətimiz Qarabağ bölgəsində yenidənqurma işlərinin aparılmasında fəal iştirak edir, bağlanmış müqavilələr üzrə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi zamanı “Kalyon” şirkətinin 112-ci və 118-ci km arasında yerləşən tunel, kamp, asfalt və beton santralları və konkasörün elektrik təchizatı işlərini, “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycandakı nümayəndəliyi ilə «Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun km: 51+000-77+000 hissəsi və Zəfər yolunun km:51+000-101+000 hissəsinin tikintisi” layihəsi ərazisində yerləşən düşərgənin elektrik təchizatı işlərini, “Cengiz Inşaat San.və Tic.A.Ş.nin Azərbaycan Respublikasındakı filialı” ilə “HoradizŞuşa yolunun Daşaltı ərazisindən keçən hissəsindən “Azərişıq” ASC-yə məxsus 35 kv-luq dayaqların kənarlaşdırılması” işlərini, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi daxilində yolun işıqlandırılması işlərini yüksək səviyyədə yerinə yetirərək qarşı tərəfə təhvil verib.

Layihələrinizin ərsəyə gəlməsi üçün tələb olunan avadanlıqları haradan əldə edirsiniz? Avadanlıqların alınması məqsədilə hansı xarici ölkələrin şirkətləri ilə əməkdaşlıq edirsiniz?

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC layihələrinin ərsəyə gəlməsi üçün tələb olunan avadanlıqları əsasən Türkiyə, Çin və Rusiyadan əldə edir.

 

Şirkət elektrik quraşdırma sahəsində dünyada mövcud olan hansı yeni texnologiya və metodları Azərbaycanda tətbiq edib?

Şirkətimiz enerji xərclərinə qənaət çağırışları çərçivəsində elektrik quraşdırma sahəsində dünyada mövcud olan son yeni texnologiya metodlarından istifadə edir. Evlərin qızdırılmasında, işıqlandırılmasında Günəş enerjisi ilə qidalanan “Günəş panellərinin”, park, küçə və avtomobil yollarının işıqlandırılması üçün “LED Günəş” plafonların quraşdırılması işləri mütəxəssislərimiz tərəfindən yüksək səviyyədə görülür. Bu yeni texnologiya və metodlar Azərbaycanda şirkətimiz tərəfindən ilk dəfə tətbiq edilib, Laçın şəhərində yeni tikilən evlərdə günəş panellərinin quraşdırılması işləri görülüb. Bu işlərin davamı kimi “Bərdə-Ağdam avtomobil” yolunun işıqlandırılması layihəsi çərçivəsində “LED-Günəş” işıqlandırma plafonlarının quraşdırılması nəzərdə tutulub.

“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC ötən dövr ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hansı layihələri həyata keçirib və ya keçirməyi nəzərdə tutur?

Ordumuzun zəfərindən ötən dövr ərzində şirkətimiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı bir çox layihələrdə iştirak edib. Bu layihələr çərçivəsində gördüyümüz işləri uğurla başa çatdırdıqdan sonra onları sifarişçilərə təhvil vermişik. Bu layihələrdən bir neçəsini qeyd edə bilərik. “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi zamanı “Kalyon” şirkətinin “112-ci km – 118-ci km” arasında yerləşən tunel, kamp, asfalt və beton santralları və konkasörün elektrik təchizatı işləri”ni, “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirkəti” Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Əhmədbəyli-Füzuli-Şuşa avtomobil km: 51+000-77+000 hissəsi və Zəfər yolunun km:51+000-101+000 hissəsinin tikintisi” layihəsi ərazisində yerləşən düşərgənin elektrik təchizatı işlərini, “Laçın şəhərində, yaşayış və qeyri-yaşayış binalarının xarici elektrik təchizatı“ işlərini yüksək səviyyədə yerinə yetirib qarşı tərəfə təhvil verib. Hazırda Laçın şəhərində “Azərsu” ASC-yə məxsus artezian quyularının və nasosxanaların tikintisi üçün elektrik təchizatı işlərini görməkdədir.

“Voltaj Elektrik
Quraşdırma və Təmir Tikinti” MMC müştəri məmnuniyyətini necə təmin edir?
 

Şirkətimiz müqavilə əsasında gördüyü iş, xidmətlərə, öz istehsalının məhsulu olan mallara zəmanət verir. Zəmanət müddəti ərzində hər hansı nöqsanlar və ya uyğunsuzluqlar yaranarsa, onlar müqavilə şərtləri daxilində aradan qaldırılır. Biz müştərini razı salmaq prinsipini hər zaman üstün tuturuq.  

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin mənfurluğu üzündən təhlükəsizliyin tam təmin edilməməsi yenidənqurma işlərinin aparılması üçün də müəyyən qədər əngəllər törədə bilər. Bu baxımdan ərazilərdə layihələri icra etmək sizin üçün hər hansı problemlər yaradır? 

İkinci Qarabağ müharibəsinin başlanması, 30 ilə yaxın bir vaxt ərzində düşmən tapdağı altında olan torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuz tərəfindən işğaldan azad olunması və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtması biz sahibkarların öz vətəndaşlıq borcunu ödəməsi üçün Vətənimiz Azərbaycan qarşısında geniş meydan açıb. Mənfur ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə quraşdırdığı minalar Minatəmizlənmə Agentliyi tərəfindən hissə-hissə təmizlənir. Biz sahibkarlar da böyük məmnuniyyətlə həmin ərazilərdə yenidənqurma işlərinin aparılmasını davam etdirməkdəyik.